Baerbok: Bu "qaynar müharibə"- yə heç bir sülhməramlı göndərilməyəcək!


Almaniyanın xarici işlər naziri Annalena Baerbok Ukraynaya sülhməramlı missiyanın yerləşdirilməsi ilə bağlı müzakirələri vaxtından əvvəl adlandırıb və münaqişənin qaynar mərhələsində ordunun göndərilməyəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, o, bu məsələdə Almaniya kansleri Olaf Şolsu dəstəkləyib. "Bu "qaynar müharibə"yə heç bir əsgər göndərilməyəcək"-deyə, bildirib.

Baerbok Ər-Riyadda Rusiya-Amerika danışıqlarına da münasibət bildirib. Almaniyanın Ukrayna və avropalılar olmadan danışıqlara razılıq verə biləcəyi sualına Baerbok mənfi cavab verib. Onun sözlərinə görə, Avropa özünə güvənməli və öz maraqlarını müdafiə etməlidir.

Fevralın 17-də Şolz Ukraynada mümkün sülhməramlı missiyada iştirak etmək üçün Avropa qoşunlarının göndərilməsi ilə bağlı müzakirələrdən qıcıqlandığını bildirib və bu cür müzakirələri tamamilə tez adlandırıb. Bununla yanaşı, kansler qeyd edib ki, o, ABŞ-ın iştirakı olmadan Ukraynada Avropa sülhməramlı qüvvələrinin yerləşdirilməsinin kökündən əleyhinədir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ