Rusiya və ABŞ bu mövzuda razılığa gəldilər: Bərpa edilir


Rusiya və ABŞ ikitərəfli təmasları davam etdirmək üçün Moskva və Vaşinqtondakı səfirliklərindəki diplomatik personalın əvvəlki sayını bərpa etmək barədə razılığa gəliblər.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Ər-Riyadda Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlardan sonra bildirib.

Associated Press (AP) Rubionun sözlərini sitat gətirir: "Bu təmasları davam etdirmək üçün normal fəaliyyət göstərə bilən aktiv diplomatik nümayəndəliyə ehtiyacımız olacaq" .

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ