Rusiya: Ukraynanın NATO-ya üzvlüyü fəlakətlərə səbəb olacaq!


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova paytaxt Moskvada keçirdiyi mətbuat konfransında cari məsələləri dəyərləndirib.

Turkustan.az xəbər verir ki, Ukrayna böhranının kök səbəblərinin aradan qaldırılmalı olduğunu vurğulayan Zaxarova, "Bu səbəblər tamamilə aradan qaldırılmadan məsələnin uzunmüddətli həlli mümkün deyil. Əks halda yenidən münaqişələr başlaya bilər. Bu, bizim üçün qəbuledilməzdir" deyib.

ABŞ prezidenti Donald Trampın bu yanaşmanı nəzərə aldığını bildirən Zaxarova, "Nəticənin necə olacağını zaman göstərəcək. Ukrayna böhranı və beynəlxalq məsələlər də daxil olmaqla, ikitərəfli münasibətlərdə yığılan çoxlu problemlər var. Tramp administrasiyasının bu mövzularda məsləhətləşmələrə hazır olduğunu görürük"-deyə, bildirib.

Ukraynanın NATO-ya daxil olması ehtimalını şərh edən Zaxarova: "Ukraynanın NATO-ya üzvlüyü bizim üçün qəbuledilməzdir. Bu, təhlükəsizliyimiz üçün ciddi təhdiddir. Bu, bütün Avropa üçün fəlakətli nəticələrə səbəb ola bilər. Bununla belə, hazırda Kiyevin NATO-ya qəbulundan imtina etmək kifayət deyil"- ifadələrdən istifadə edib.

Zaxarova vurğulayıb ki, Ukrayna öz konstitusiyasına uyğun olaraq neytral olmalı, heç bir ittifaqda iştirak etməməli və nüvə silahına malik olmamalıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ