Rusiya və ABŞ arasında aparılan danışıqlardan sonra Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriev “güzəştlər haqqında danışmaq üçün hələ tez olduğunu” və “tərəflərin bir-birini dinləməyə başladığını” bildirib.
Turkustan.az xəbər verir ki, Dmitriyevin sözlərinə görə, Rusiya Federasiyası və ABŞ nümayəndələri "bir-birinə hörmətlə yanaşıblar" və "bərabər" ünsiyyətdə olublar.
Rusiya tərəfini danışıqlar masasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov təmsil ediblər. Bundan başqa, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Dmitriyev də Rusiya nümayəndə heyətinin tərkibində olub. İclasda ABŞ-ı prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals, dövlət katibi Marko Rubio və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff təmsil edib. Görüş kral ailəsinin saraylarından birində - Albasatin kompleksindəki Diriyahda baş tutub.
Aytən Yaşar/ Turkustan.az