“Müharibənin “qaynar fazası” tezliklə bitə bilər” - Rusiyanın BMT-dəki nümayəndəsi


Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya hesab edir ki, Ukraynadakı müharibənin “qaynar fazası” tezliklə bitə bilər.

Turkustan.az xəbər verir ki, Rusiya nümayəndəsi BMT-dəki çıxışında bu fürsəti ABŞ-dəki hakimiyyət dəyişikliyi ilə əlaqələndirib: “ABŞ-də Respublikaçılar administrasiyası hakimiyyətə gəldikdən sonra bu gün dünyada hansı proseslərin baş verdiyini hamımız görürük. Son aylarda çağırdığımız kimi, nəhayət, diplomatiya işə düşdü. Ehtimal var ki, Ukrayna böhranının “qaynar mərhələsi” tezliklə başa çatacaq”.

Nebenzya bəyan edib ki, hazırkı sülh prosesi əvvəlki cəhdləri, yəni Minsk razılaşmalarını təhlil etməyə imkan verir. O iddia edib ki, Aİ ölkələri və Böyük Britaniya danışıqlar aparmağa qadir deyillər və onlar təhlükəsizlik qarantı, yaxud vasitəçi kimi çıxış edə bilməzlər. /azpolitika.info/


MANŞET XƏBƏRLƏRİ