TƏCİLİ: Görüş yaxşı keçdi, razılaşdıq - Rusiyadan İLK AÇIQLAMA


"Ər-Riyadda Rusiya-Amerika danışıqları yaxşı keçdi, tərəflər bütün məsələlərlə bağlı ciddi müzakirə apardılar".

Turkustan.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Səudiyyə Ərəbistanında keçirilən görüşün yekunları üzrə deyib.

O , Birinci Kanalın iki nümayəndə heyəti arasında danışıqların necə getdiyi ilə bağlı sualına “Pis deyil” cavabını verib : “Toxunmaq istədiyimiz bütün məsələlərlə bağlı çox ciddi müzakirə aparılıb”.

Onun sözlərinə görə, Rusiya və ABŞ bir-birinin maraqlarını nəzərə almağa razılaşıb.

Bundan əlavə Uşakov Rusiya və ABŞ-ın mövqelərinin yaxınlaşmasına da toxunub: “Hələlik Rusiya və ABŞ-ın mövqelərinin yaxınlaşdığını söyləmək çətindir, lakin bu barədə söhbət oldu”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ