Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ukraynalı həmkarı Vladimir Zelenski arasında danışıqlar başlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.
"İkitərəfli danışıqlar başlayıb", - deyə rəsmi Ankara bildirib.
Qeyd edək ki, fevralın 18-də Zelenski Türkiyəyə rəsmi səfərə gəlib.
Bundan əvvəl Ərdoğan bəyan edib ki, Türkiyə tərəfi Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə ümidini itirmək istəmir. Onun sözlərinə görə, Ankara Vaşinqton və Moskvadan “müsbət mesajlar” gözləyir./publika.az