Türkiyədə rəsmi səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenski Anıtkabirə səfər edib. Zelenski Ukraynanın Ankaradakı səfirliyinin yeni binasının açılış mərasimində iştirak edib.
Turkustan.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyədə rəsmi səfərdə olan Ukrayna prezidenti Zelenski ötən gecə Ankaraya gəlib.
Ankara səfərinə Anıtkabir ziyarəti ilə başlayan Zelenski sosial media hesabından paylaşım edərək, “Türkiyəyə səfərimizin əvvəlində mirası Türkiyə tarixinin və dəyərlərinin mühüm bir parçası olmağa davam edən ölkənin ilk prezidenti Mustafa Kamal Atatürkün xatirəsini ehtiramla yad etdik” dedi.
Ukraynanın Ankaradakı səfirliyinin Çankaya Oranda yeni binasının açılış mərasimində Zelenski və xanımı Yelena Zelenska da iştirak ediblər.
Ukrayna prezidenti Vladimir Zelenskini kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı müşayiət edib.