ABŞ-nin ən uzun müddətli serialı olan “Simpsonlar” (“The Simpsons”) gələcəyi proqnozlaşdırdığı iddiaları ilə yenidən gündəmdədir.
Turkustan.az xəbər verir ki, dünyada artan qlobal gərginlik və siyasi qeyri-müəyyənlik serialın köhnə epizodlarına marağı artırıb.
Serialın 1987-ci ildə yayımlanan bir epizodunda Homer Simpsonun III Dünya müharibəsindən qorxaraq ailəsini sığınacağa aparmağa çalışdığı səhnə xüsusilə diqqəti çəkib.
Başqa bir epizodda Lisa Simpsonun britaniyalı nişanlısı Hyu Üçüncü Dünya müharibəsi haqqında danışaraq distopik bir şəkil çəkir.
Bu səhnələr bəzi sosial media istifadəçiləri tərəfindən qlobal güclər arasında mövcud gərginliyin və artan müdafiə xərclərinin serialın proqnozlarına işarə etdiyi qənaətindədir.
“Simpsons” pərəstişkarları serialın zombi epidemiyası və qiyamət mövzusu ilə bağlı epizodlarını yenidən gündəmə gətirib.
Xüsusilə serialın bir bölümündə insanların zombiyə çevrildiyi və Homerin ailəsini xilas etməyə çalışdığı səhnələr böyük marağa səbəb olub.
2025-ci illə bağlı iddialar arasında zombi epidemiyası və böyük miqyaslı fəlakət olacağına işərə edilir.
Serialın prodüserləri bu səhnələrin tamamilə uydurma olduğunu və gələcəyi proqnozlaşdırmaq məqsədi daşımadığını bildirsələr də, pərəstişkarları səhnələrdəki bəzi detalların “təsadüf ola bilməyəcəyini” iddia edirlər.
“Simpsonlar” serialının pərəstişkarları və tədqiqatçılarına görə serialda Donald Trampın ABŞ prezidenti olacağı iddiasının əvvəlcədən hazırlanmış olması, bir epizodda 2024-cü il seçki xəritəsinə bənzər bir xəritənin görünməsi, hətta İlon Maska aid edilən bəzi texnoloji yeniliklərin işlənməsi kimi misallar bu iddiaları gücləndirir.
III Dünya müharibəsi, zombi epidemiyası və qlobal fəlakət mövzuları insanların gələcəklə bağlı narahatlıqlarını daha da artırır.
Fanatlar, ““Simpsonlar” həqiqətən dünyanı idarə edir?” sualını verirlər.
Bu il serialın 2025-ci il proqnozlarından neçəsinin gerçəkləşəcəyini birlikdə görəcəyik.
Amma bir həqiqət var ki, “Simpsonlar” serialı mədəni fenomenə çevrilməyi bacarıb və görünür, bundan uzun illər danışılacaq. /Cebheinfo.az/