ABŞ prezidenti Donald Tramp son həftələrdə İranın nüvə potensialını genişləndirmək üçün atdığı addımların danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bəyan edib və məsələni diplomatik müstəviyə daşımaq istəyindən danışıb.
Turkustan.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio son müsahibəsində mümkün danışıqlarla bağlı açıqlama verib.
"Biz İrandan heç nə eşitməmişik" - Rubio deyib: "Bir səhər oyanıram və mən İranın nüvə silahına sahib olmaq qərarından dönməsini və normal bir hökumət kimi dünyaya yenidən inteqrasiya etməsini istəyirəm. Ancaq bunun heç bir əlaməti yoxdur. Təkcə bu gün deyil, 30 ildir bu belədir".
İranın yalnız diplomatik addımlarla müddəti uzatdığına inanan Rubio, "İsrail hər zaman öz milli təhlükəsizliyi və maraqlarına uyğun hərəkət etməli olacaq"-deyə, bildirib.
Rubio həmçinin İranı terrorizmi dəstəkləməkdə və regionda qeyri-sabitlik yaymaqda ittiham edib.
Aytən Yaşar/ Turkustan.az