Avropa liderləri Ukrayna ərazisinə 25-30 minlik kontingentin yerləşdirilməsi variantını nəzərdən keçirirlər, lakin onlar təmas xəttində yerləşməyəcəklər.
Turkustan.az xəbər verir ki, bu barədə "Washington Post" qəzeti mənbələrə istinadən yazır.
Nəşrin qeyd etdiyi kimi, bazar ertəsi Fransa prezidenti Emmanuel Makron Parisdə bəzi Aİ liderləri ilə Avropanın Ukraynaya dəstəyinin daha konkret planlaşdırılmasına təkan vermək və qoşunların mümkün yerləşdirilməsi ilə bağlı konsensusa nail olmaq üçün görüş keçirir.
“Avropa planlamasının son variantı təmas xətti boyunca yerləşdirilməyəcək, lakin Rusiya qoşunları müharibəni bərpa edərsə, güc nümayiş etdirməyə hazır olacaq bir neçə briqadadan, ola bilsin ki, 25 mindən 30 minə qədər qoşundan ibarət “qarşıdurma” qüvvələrinin yaradılmasını nəzərdə tutur”-deyə, mənbə yazır.
Nəşr onu da qeyd edir ki, Ukraynanın avropalı tərəfdarları münaqişəyə son qoymaq üçün danışıqlarda rol almaq üçün mübarizə aparırlar. Tramp administrasiyası Moskva ilə birbaşa danışıqlara doğru sürətlə irəlilədikcə, Ukraynaya qoşun yeritmək perspektivi Avropa liderləri arasında genişlənməkdədir.
Aytən Yaşar/ Turkustan.az