Vatikan: Papa bir müddət daha xəstəxanada qalacaq


Vatikan Papa Fransiskin müalicəsinin dəyişdirildiyini və onun bir az daha xəstəxanada qalacağını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Vatikan bəyan edib ki, katoliklərin ruhani lideri və Vatikan dövlətinin başçısı Papa Fransisk üzərində aparılan müayinələrin mürəkkəbliyi səbəbindən onun müalicəsi dəyişdirilib və o, bir müddət daha xəstəxanada qalacaq.

Vatikan Mətbuat İdarəsi bronxit səbəbiylə fevralın 14-dən Romada bir xəstəxanada müalicə alan 88 yaşlı Papanın sağlamlıq vəziyyəti ilə bağlı yazılı açıqlama verib. Açıqlamada, “Son günlərdə və bu gün aparılan müayinələrin nəticələri göstərdi ki, tənəffüs yollarında polimikrob infeksiyası var və bu, müalicənin dəyişdirilməsini zəruri edib. İndiyə qədər aparılan bütün testlər mürəkkəb klinik mənzərəni göstərir və müvafiq xəstəxanaya yerləşdirmə prosesini tələb edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ