Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev Ər-Riyadda ABŞ-la danışıqlarda iştirak edə bilər.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin görüşdə Moskvanı da təmsil edəcək köməkçisi Yuri Uşakov məlumat verib.
"Bizim tərəfimizdə, təbii ki, xarici işlər naziri olacaq və mən iştirak edəcəm, həmçinin İqtisadi məsələlərdə Kirill Dmitriyev də bizə qoşula bilər"-deyə, Uşakov Birinci Kanalda deyib .
Aytən Yaşar/ Turkustan.az