Livan: "İsrailə etibar etmirik, geri çəkilənə oxşamır"


Livan prezidenti Cozef Aun İsrailin atəşkəs razılaşmasına uyğun olaraq sabah Livanın cənubunda işğal etdiyi ərazilərdən tamamilə çəkilməyəcəyindən "narahat olduqlarını" bildirib.

Turkustan.az xəbər verir ki, Livan Rəyasət Heyətindən verilən yazılı açıqlamada Aunun Jurnalistlər Birliyi ilə görüşdən sonra verdiyi açıqlamalara yer verilib.

İsrailin Livandakı işğalının davam etməsi ilə bağlı ehtiyatlı davranılması lazım olduğunu bildirən Aun, "Yanlış güllə insanı öldürür, yanlış söz isə bir milləti öldürür. Məsuliyyətli davranın və məzhəblərarası qarşıdurmalara yol verməyin. Qardaş və dost ölkələrə zərər verməyin. Tənqid etməlisinizsə, konstruktiv olsun"- deyə, bidlirib.

Livanda yeni qurulan hökumətlə müəyyən edilmiş məsələlərə uyğun həll yolları istehsal edəcəklərini qeyd edən Aun, yenidənqurma və müharibənin təsirlərini aradan qaldırmaq üçün hər cür yardımı qarşılayacaqlarını vurğulayıb.

İsrailin Livanın cənubunda işğal etdiyi ərazilərdən geri çəkilməsi ilə bağlı isə o, "İsrail düşməninə etibar etmək olmaz. Sabah tam geri çəkilmənin baş verməyəcəyindən narahatıq"- deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ