Netanyahu 10-cu dəfə məhkəmədə: Hakimlər çıxışını rədd etdi


"Yedioth Ahronoth" qəzetinin məlumatına görə, İsrailin baş naziri Netanyahu korrupsiya ittihamı ilə açılan işin bir hissəsi olaraq 2024-cü il dekabrın 10-dan bəri onuncu dəfə dinləmələrdə iştirak edib.

Turkustan.az xəbər verir ki, iclasda hakimlərlə Netanyahunun vəkilləri arasında qızğın müzakirələr aparılıb.

İşin hakimləri vəkillərin müdafiəsi zamanı Netanyahunun çıxış tələbini vəkillərlə danışdıqlarını əsas gətirib rədd edərək, oturmasını istəyiblər. İsrailin baş naziri bu vəziyyətdən təəccübləndiyini bildirib.

Netanyahunun müdafiə etmək üçün çoxsaylı dinləmələrə qatılmaması səbəbindən mühakimə müddətinin uzadıldığını xatırladan hakimlər, baş nazirdən müdafiəsinə qısa məlumat verməsini tələb ediblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ