Türkiyə Kommunikasiyalar direktoru Fahrettin Altun Ukrayna prezidenti Vladimir Zelenskinin sabah Türkiyəyə rəsmi səfəri çərçivəsində gələcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Altun sosial media hesabından açıqlamasında bunları qeyd edib:
“Prezidentimiz Rəcəb Tayyib Ərdoğan fevralın 18-də onun dəvəti ilə ölkəmizə rəsmi səfər edəcək Ukrayna Prezidenti Vladimir Zelenski ilə Prezident Kompleksində görüşəcək. Görüşlərdə Türkiyə-Ukrayna strateji tərəfdaşlığının bütün aspektləri nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq. Səfər çərçivəsində Ukrayna və digər regional və qlobal məsələlər müzakirə ediləcək”.
Aytən Yaşar/ Turkustan.az