Netanyahu: "Nə HƏMAS, nə də Fələstin Qəzzaya nəzarət etməyəcək!"


İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, onlar Həmas və ya Fələstin Muxtariyyətinin Qəzza zolağına nəzarət etməsinə icazə verməyəcəklər.

Turkustan.az xəbər verir ki, Netanyahu beynəlxalq mətbuatda HƏMAS-ın Qəzzaya nəzarəti Fələstin rəhbərliyinə təhvil verməyə hazır olduğu iddiası ilə bağlı açıqlama verib.

İsrail mediasına danışan Netanyahu bunu təkzib edib. Netanyahu həmçinin bildirib ki, o, ABŞ prezidenti Donald Trampın Qəzzada fələstinliləri zorla köçürmək planına sadiqdir.

Bildirək ki, Qəzzaya nəzarətin Fələstin rəhbərliyinə veriləcəyi iddia edilib. HƏMAS bu iddialarla bağlı hələ rəsmi açıqlama verməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ