Türkiyənin Konya şəhərində Səlcuq Universitetinin Səhiyyə Elmləri Fakültəsinə silahlı hücum olub.
Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, bir silahlı tələbənin hücumu nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb.
Qeyd edilib ki, tələbə öncə dekan müavinini öldürüb, sonra iki nəfəri yaralayıb, sonda isə intihar edib.
Yaralılar hospitala yerləşdirilib.
Bizim.Media