"Google" Rusiyada 3,8 milyon rubl cərimələndi


Rusiyada məhkəmə YouTube-da videoya girişi bloklamadığı üçün Google-u 3,8 milyon rubl (təxminən 42 min dollar) cərimələyib.

Turkustan.az xəbər verir ki, "Google"-a qarşı açılan iddiaya paytaxt Moskvada baxılıb.

Məhkəmə, "Google"-un rus əsgərləri üçün "təslim olma üsullarını" göstərən YouTube videosuna girişi əngəlləməyərək qanunu pozduğuna qərar verib və ona 3,8 milyon rubl cərimə kəsilməsini əmr edib.

Google əvvəllər də oxşar səbəblərə görə cərimələnib, həmçinin Rusiyada YouTube-a giriş bloklanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ