Qazax və ukraynalı qadınlar təyyarədə əlbəyaxa oldular: Rusiyanın üstündə


“Pegasus” Hava Yollarına məxsus Antalya-Astana reysi ilə uçan təyyarədə ukraynalı cütlüklə Rusiya tərəfdarı olan iki qazax qadın arasında siyasət üstündə dava düşüb.

Turkustan.az xəbər verir ki, təyyarə Ərzurumda məcburi eniş edib və bir müddət sonra 4 sərnişin əvvəlcə xəstəxanaya aparılaraq müayinə edilib və sonra polisə təhvil verilib.

Təyyarənin plansız yerə enməsi və yanacaq doldurması səbəbindən insidentə görə məsuliyyət daşıyanları 120 min dollar cərimə gözləyir./publika.az


MANŞET XƏBƏRLƏRİ