Netanyahu: İndi Trampla əlimizə tarixi bir fürsət düşüb


İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Tramp administrasiyası ilə tarixi fürsətdən istifadə etdiklərini bildirib.

Turkustan.az xəbər verir ki, Nazirlər Kabinetinin iclasında çıxış edən Netanyahu ABŞ dövlət katibi Marko Rubionun İsrailə səfərini xatırladıb və onun ABŞ-ın yeni administrasiyası ilə münasibətlərinin əvvəlki administrasiyadan qat-qat yaxşı olduğunu bildirib.

Netanyahu ABŞ-İsrail əməkdaşlığının əhəmiyyətinə və ələ keçirdikləri "tarixi fürsətə" işarə edərək, "Bu, İsrailin qurulduğu gündən bəri içində olmadığı bir vəziyyətdir. Həm təhdidləri aradan qaldıracaq, həm də əslində təsəvvür etmədiyimiz fürsətləri gətirəcək, daha öncə belə bir ortaqlıq və potensial yox idi" deyib.

“Məhkumları azad etmək, HƏMAS-ı aradan qaldırmaq və Qəzzanın artıq İsrail üçün təhlükə yaratmamasını təmin etmək” üçün ABŞ ilə tam koordinasiyada olduqlarını qeyd edən Netanyahu, “İsrail və xalqının gələcəyi ilə bağlı bütün böyük vədləri həyata keçirmək üçün ABŞ ilə əməkdaşlıq edirik”-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ