ABŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) rəsmiləri fevralın 13-də işdən çıxardıqları nüvə təhlükəsizliyi işçilərini yenidən işə götürmək istəyib.
Turkustan.az xəbər verir ki, Amerikanın NBC News kanalının NNSA-nın daxili yazışmalarına əsaslanaraq verdiyi xəbərə görə, federal hökumət fevralın 13-də, ertəsi gün işdən çıxardığı nüvə ehtiyatının monitorinqinə cavabdeh olan bir çox işçini yenidən işə çağırmağa çalışıb.
Lakin belə çıxır ki, federal hökumət işdən çıxarılan işçilərlə birbaşa əlaqə saxlaya bilmir, çünki onlar e-poçt hesablarına girişi itiriblər.
NNSA əməkdaşlarına çatmaqda çətinlik çəkən məmurlar, birbaşa, dolayısı ilə digər işçilər vasitəsilə əlaqə saxlaya bilmədikləri aidiyyatı şəxslərə çatmağa çalışıblar.
Rəsmilər fevralın 14-də agentlik işçilərinə göndərilən elektron poçtda, "Bəzi NNSA-nın sınaq müddətində çalışan işçilərin işdən çıxarılması məktubları ləğv edilir, lakin bu işçilərlə əlaqə saxlamaq üçün yaxşı bir yolumuz yoxdur"-deyə, bildirilib.
Bildirək ki, ötən həftə ABŞ Prezidenti Donald Trampın əmri və Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəsmisi İlon Maskın səyləri ilə federal qurumlarda çalışan minlərlə insan işdən çıxarılıb.
Aytən Yaşar/ Turkustan.az