“Rusiya lideri Vladimir Putindən dəvət alan ABŞ Prezidenti Donald Tramp istədiyi vaxt Rusiya Federasiyasına gələ biləcək”.
Turkustan.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov VGTRK-nın jurnalisti Pavel Zarubinə müsahibəsində deyib.
O, həmçinin Trampın mayın 9-da Moskvaya səfərinin mümkünlüyü ilə bağlı sualı belə cavablandırıb:
“Prezident Putin bu günün sevincini və qürurunu bizimlə bölüşməyə hazır olan bütün dünya dövlət başçılarını məmnuniyyətlə qarşılayacaq”. /Yeniavaz.com/