Rusiya-Ukrayna müharibəsi ilə pik həddə çatan beynəlxalq gərginlik ölkələri silahlanmağa sövq edir.
Turkustan.az xəbər verir ki, regionda lokal münaqişələr olsa da, qlobal təsir potensialına malik gərginliklər də mövcuddur.
Çin və Tayvan arasındakı gərginlik Filippin və Yaponiyanı silahlanmağa məcbur etdiyi halda, Rusiya-Ukrayna müharibəsi Avropadakı tarazlığı dəyişdi.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun apardığı araşdırma nəticəsində məlum olub ki, 2024-cü ildə dünyada silahlanmaya xərclənən pul 2,46 trilyon dollar olub. Nəzərə alsaq ki, Rusiyanın ümumi milli məhsulu 2 trilyon civarındadır, xərclənən pulun ölçüsü daha aydın olur.
Avropa üçün xüsusi olaraq edilən qiymətləndirmədə 2024-cü ildə müdafiə xərclərinin əvvəlki ilə nisbətən 11 faiz artacağı müəyyən edilib və bu nisbətdə artım 10 ildir fasiləsiz olaraq davam edib.
Rusiyanın Ukrayna ilə müharibəsi davam edərkən, 2024-cü ildə onun silah xərcləri 462 milyon dollar olacaq ki, bu da Rusiyanın ümumi milli məhsulunun təxminən 7 faizinə bərabərdir.
Aytən Yaşar/ Turkustan.az