ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib ki, Avropa Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün sülh danışıqlarında birbaşa iştirak etməyəcək, lakin onun maraqları da diqqətdən kənarda qalmayacaq.
Turkustan.az xəbər verir ki, Almaniyanın Münhen şəhərində keçirilən 61-ci Münhen Təhlükəsizlik Konfransı (MSC 2025) çərçivəsində keçirilən 8-ci Ukrayna Şam yeməyi tədbirində çıxış edən Kelloq ABŞ-ın çoxlu sayda iştirakçının iştirak etdiyi danışıqlar prosesində problemlərdən qaçmaq istədiyini bildirib.
Kelloq bildirib ki, əvvəlki Ukrayna-Rusiya sülh danışıqlarının nəticəsiz qalmasının səbəblərindən biri də prosesə çoxlu sayda ölkənin cəlb olunmasıdır, buz bu yolla getməyəcəyik.
Aytən Yaşar/ Turkustan.az