Ukrayna prezidenti Vladimir Zelenski Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya gedib.
Turkustan.az xəbər verir ki, konfrans zamanı ABŞ diplomatik heyəti ilə görüşən Zelenskinin ABŞ-ın vitse-prezidenti Ceyms Devid Venslə də görüşü gözlənilir.
Zelenski Rusiya prezidenti Vladimir Putinlə yalnız ABŞ-ın təqdim etdiyi ortaq plandan sonra görüşə biləcəyini bildirərək, hazırda görüşmək istəmədiyini ifadə edərək, Trampla Putinin görüşünün bütün dünya üçün risk olduğunu iddia edib.
O, ABŞ prezidenti Donald Trampın ona telefon nömrəsini verdiyini və birbaşa əlaqə kanallarının açıq olduğunu da bildirib.
Aytən Yaşar/ Turkustan.az