Zelenski bir şərtlə Putinlə danışmağa hazırdır


Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə “güc mövqeyindən” danışmağa hazırdır.

Turkustan.az xəbər verir ki, Bloomberg-in məlumatına görə, siyasətçi bu barədə Münhen Təhlükəsizlik Konfransı zamanı bildirib.

"Biz ABŞ-la razılaşdıqdan sonra ruslarla danışacağıq"-deyə, Ukrayna lideri vurğulayıb.

Zelenski ABŞ-ın vitse-prezidenti J.D.Venslə mümkün görüşdən əvvəl bir şərtlə Rusiya ilə danışıqlara hazır olduğunu açıqlayıb. O vurğulayıb ki, Kiyev Ukraynadakı münaqişə zamanı ilk növbədə ABŞ-ın dəstəyinə ümid edir.

Bundan əvvəl Münhen Konfransı zamanı Ukrayna Ali Radasının deputatı Maksym Bujanski Kiyevin nəzarətində olan ərazilərin Rusiyaya verilməsi tələbinə icazə verib . O, həmçinin əlavə edib ki, Kiyevin imtinası Ukrayna cəmiyyəti üçün sınaq olacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ