HƏMAS və İsrail arasında əsir mübadiləsinin altıncı raundunda yüzlərlə məhbusun üç israilli məhbusun müqabilində azad ediləcəyi bildirilir.
Turkustan.az xəbər verir ki, HƏMAS-a bağlı Məhbuslar Media Ofisi məhbus mübadiləsi çərçivəsində ümumilikdə 369 fələstinli məhbusun azad ediləcəyini açıqlayıb.
Bəyanatda İsrail həbsxanalarındakı məhbuslardan 36-nın ömürlük həbs cəzasına məhkum edilmiş fələstinlilər, 333-nün isə 7 oktyabr 2023-cü il tarixindən sonra Qəzza zolağında saxlanılan fələstinlilər olacağı qeyd edilib.
HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə fevralın 15-də keçiriləcək məhbus mübadiləsinin altıncı turunda azad ediləcək üç israilli məhbusun Aleksandr Saşa Troufanov, Sagui Dekel-Çen və Yair Horn olduğunu açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az