TƏCİLİ: Rusiya Çernobılı vurdu - ZELENSKİ BƏYANƏT YAYDI


Ukrayna prezidenti Vladimir Zelenski gecə boyu davam edən hücumlardan sonra Rusiyaya məxsus pilotsuz təyyarənin Çernobıl Atom Elektrik Stansiyasının radiasiya bölməsinə ciddi ziyan vurduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, Zelenski Rusiya pilotsuz təyyarəsinin elektrik stansiyasında dağılmış enerji blokunu vurduğunu və yanğına səbəb olduğunu və sonradan söndürüldüyünü açıqlayıb.

Hücum zamanı dağıdılan stansiyanın 4-cü reaktorunu qoruyan strukturun zədələndiyini bildirən Zelenski, bu səhərə qədər radiasiya səviyyəsinin artmadığını bildirib.

Beynəlxalq Atom Enerjisi Agentliyi də hücumdan sonra radiasiya səviyyəsinin normal olduğunu açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ