Ukrayna prezidenti Vladimir Zelenski Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Türkiyəyə səfər edəcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Münhen Təhlükəsizlik Konfransının kuluarlarında çıxış edən Ukrayna lideri bu səfəri nə vaxt edəcəyini dəqiq deməyib.
Zelenski bu səfərlər zamanı ABŞ və ya Rusiya rəsmiləri ilə görüşmək planının olmadığını da bildirib.
Aytən Yaşar/ Turkustan.az