Ukrayna prezidenti Vladimir Zelenski keçmiş prezident Pyotr Poroşenkoya, bəzi müxalifət xadimlərinə və iş adamlarına qarşı sanksiyaların tətbiq edir.
Turkustan.az xəbər verir ki, Ukrayna Prezidentliyindən verilən yazılı açıqlamada, Zelenskinin “Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının beş ukraynalı oliqarxa qarşı sanksiya tətbiq edilməsi qərarını” imzaladığı bildirilib.
Qərarın qüvvəyə mindiyi vurğulanan bəyanatda Ukraynanın təhlükəsizliyinə təhdid olduğu əsası ilə sabiq prezident Poroşenko ilə yanaşı, siyasətçilər, müxalifətçilər və oliqarxlar var. Bu siyahıda Poroşenko, həmçinin Viktor Medvedçuk, İqor Kolomoyski, Gennadiy Boqolyubov və Konstantin Jevaqoya da var.
Bəyanatda qeyd olunub ki, sanksiyalar bu şəxslərin Ukraynanın dövlət medalından və digər mükafatlarından məhrum edilməsini və aktivlərinin bloklanmasını əhatə edir.
Aytən Yaşar/ Turkustan.az