İsrail inkar etdi: HƏMAS-la heç bir razılaşma olmayıb


İsrail atəşkəs və məhbus mübadiləsi razılaşması ilə bağlı böhranı həll etmək üçün Həmas ilə heç bir razılığın əldə olunmadığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, İsrail Baş Nazirlikdən verilən açıqlamada, Misir mətbuatında atəşkəslə bağlı böhranın həll edildiyinə dair iddialar təkzib edilib.

HƏMAS-ın atəşkəs razılaşmasında israilli məhbusları təhvil verməsini dayandırması ilə bağlı "vasitəçi tərəflərin böhranın həllində uğur qazanması ilə bağlı hər hansı xəbərin saxta və əsassız olduğu" iddia edilib.

Misirin “Əl-Qahirə Əl-İxbariyyə” telekanalı adının açıqlanmasını istəməyən misirli rəsmiyə istinadən xəbər verib ki, “Misir və Qətərin Qəzzada atəşkəs razılaşması qarşısındakı maneələri aradan qaldırmaq səyləri uğurlu olub və tərəflər atəşkəs rejimini həyata keçirməkdə qərarlıdır”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ