Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın telefon danışığının Qərb siyasətçilərini “ayıldacağına” ümid etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Lavrov paytaxt Moskvada Rusiyada səfərdə olan Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin ilə görüşüb.
Görüşdən sonra nazirlər Rusiya və Tacikistan hökumətləri arasında diplomatik nümayəndəliklərin fəaliyyəti haqqında Saziş haqqında protokol və iki ölkənin xarici işlər nazirlikləri arasında 2025-2026-cı illər üçün əməkdaşlıq proqramı imzalayıblar.
Sənədlər imzalandıqdan sonra mətbuat konfransı keçirilib.
İclasda çıxış edən Lavrov, Tacikistandakı Rusiya hərbi bazasının effektivliyini artırmaq üçün ortaq iş gördüklərini ifadə edərək, "Bizim bazamız təkcə Tacikistanın deyil, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) cənub sərhədlərinin də təhlükəsizliyini təmin edir" deyib.
Əfqanıstandakı vəziyyətə toxunan Lavrov vəziyyətin "ağır" olduğunu və Əfqanıstanın qonşu ölkələri, xüsusilə də Tacikistanı təsir etdiyini bildirib.
Terrorizm və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə Tacikistanla əməkdaşlığın artırılmasının vacibliyini vurğulayan Lavrov, Tacikistanın miqrasiya sahəsindəki tələblərini diqqətlə araşdırdıqlarını qeyd edib.
Aytən Yaşar/ Turkustan.az