Ərdoğan rəsmi danışıqlar üçün gəldiyi Pakistanın paytaxtı İslamabadda Baş nazirlik binasında Şəriflə görüşüb.
Turkustan.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şərifə “Ayder” rəngində “Togg” hədiyyə edib.
Baş nazirlik binasının bağçasında bir müddət söhbət edən iki lider Toqqun qarşısında xatirə şəkli çəkdiriblər.
Türkiyə lideri "Togg"un sükanı arxasına keçən Baş nazir Şərifi sərnişin oturacağında müşayiət edib.
Aytən Yaşar/ Turkustan.az