Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Pakistan Biznes Forumunda çıxış edib.
Turkustan.az xəbər verir ki, Ərdoğan çıxışında Pakistanın baş naziri Şahbaz Şəriflə görüşdə iştirak etməkdən böyük məmnuniyyət duyduğunu bildirib.
O, həmçinin Qəzza məsələsinə də toxunub və əlavə edib: "Fələstində yeni bir Nekbanın qarşısını almaq üçün hər sahədə üzərimizə düşəni etməyə davam edəcəyik. Başda Ərəb və İslam dünyası olmaqla insanlığın ittifaqının bu kritik dövrdə Qəzza xalqını tək və çarəsiz qoymayacağına ürəkdən inanıram".
Bildirək ki, Ərdoğan Pakistanda rəsmi səfərdədir.
Aytən Yaşar/ Turkustan.az