Almaniyanın Münhen şəhərində Verdi fəhlə həmkarlar ittifaqının nümayişi zamanı bir avtomobilin kütlənin üzərinə sürməsi nəticəsində 15 nəfərin yaralandığı, avtomobilin sürücüsünün isə saxlanıldığı bildirilib.
Turkustan.az xəbər verir ki, açıqlamada hadisənin nəzarət altına alındığı və ərazidə yaşayanlar üçün hər hansı təhlükənin olmadığı qeyd edilib.
Polisin sosial mediada verdiyi açıqlamada hadisənin baş verdiyi ərazidə nəqliyyat sıxlığının olduğu və bunun qarşısını almaq və təcili yardım qruplarının rahat işləməsi üçün ərazidən uzaq durmağa çağırış edildiyi bildirilib.
Yerli mətbuatda şahidlərin ifadələrinə əsaslanan xəbərlərə görə, sürücü avtomobilini qəsdən piyadaların üzərinə sürüb.
Münhen meri Diter Reyter mətbuata açıqlamasında belə deyib:
"Polis rəisi indicə mənə bildirdi ki, avtomobil bir qrup insanın üzərinə sürülüb və təəssüf ki, bir neçə nəfər, o cümlədən uşaqlar xəsarət alıb. Mən şokdayam, ürəyim ağrıyır. Polis maşının sürücüsünü həbs edib, lakin dəqiq vəziyyət hələ də bəlli deyil. Təbii ki, rəislə yaxından əlaqə saxlayıram və hadisə yerində vəziyyəti öyrənirəm".
Aytən Yaşar/ Turkustan.az