Qətərin Əl-Cəzirə televiziyası adı açıqlanmayan mənbələrə istinadən İsrail və HƏMAS arasında Qəzzada atəşkəs razılaşmasının həyata keçirilməsinə dair danışıqların uğurla nəticələndiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Əl-Cəzirə hər iki tərəfin müqaviləyə sadiqliyini təsdiqləmək üçün tezliklə bəyanat veriləcəyini bildirib.
Qəzetin bəyanatından dərhal sonra HƏMAS bəyanat yayaraq atəşkəsin davam etdirilməsinə razılaşdıqlarını və məhbusların planlaşdırıldığı kimi azad ediləcəyini açıqlayıb.
Fələstin rəsmiləri vasitəçilərin təmasları nəticəsində atəşkəsin davam etdirilməsinin təmin edildiyini bildiriblər.
Misirin “Əl-Qahira” qəzeti də tərəflərin razılığa gəldiyini yazıb.
İsrailin baş naziri Netanyahu “Əl-Cəzirə”nin iddialarını rədd edib və heç bir razılığın əldə olunmadığını deyib.
Aytən Yaşar/ Turkustan.az