Ötən gün Rusiya prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp telefon danışığı zamanı öz köməkçilərinə iki ölkə liderləri arasında görüş üçün hazırlıqlara dərhal başlamaq barədə göstəriş vermək barədə razılığa gəliblər.
Turkustan.az xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinqdə TASS-ın sualını cavablandırarkən bunları deyib: “Dünənki telefon danışığı zamanı dövlət başçıları özlərinin təmasları davam etdirəcəkləri, diqqəti ayrıca görüşə yönəldəcəkləri barədə razılığa gəliblər, həmçinin razılaşıblar ki, müvafiq işə başlamaq üçün dərhal müvafiq köməkçilərə göstərişlər verilsin”.
Donald Tramp dəfələrlə Vladimir Putinlə görüşmək istədiyini bildirib. O, bu barədə həm 2024-cü ilin payızında seçki kampaniyası zamanı, həm də yanvarın 20-də andiçmə mərasimindən dərhal sonra danışıb. Putin və Tramp arasında sonuncu şəxsi görüş 2019-cu ilin iyununda Osakada keçirilən G20 sammitində baş tutub.
Aytən Yaşar/ Turkustan.az