Medvedev: Putin və Trampın söhbəti dünya üçün çox vacibdir


Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında bir gün əvvəl baş tutan söhbət özlüyündə önəmlidir, çünki iki ölkə arasında münasibətlərin pozulması səbəbindən “dünya Apokalipsisin astanasında tarazlıqda idi.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "VKontakte" sosial şəbəkəsində yazıb.

"Rusiya və ABŞ prezidentləri arasında söhbət nəhayət baş tutdu. Bu, özlüyündə çox vacibdir. ABŞ-ın əvvəlki administrasiyası Rusiyanı cəzalandırmaq və alçaltmaq üçün ən yüksək səviyyədə bütün əlaqələri məhdudlaşdırdı. Nəticədə dünya Apokalipsisin astanasında tarazlıqda idi" -deyə, Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib.

Onun sözlərinə görə, nüvə apokalipsisi təhlükəsi hələ də qalmaqdadır və ABŞ Rusiya ilə dialoqun zəruriliyini hələ də dərk etməsə, bu, daha da kəskinləşəcək. O, qeyd edib ki, Moskvanın opponentləri onu məğlub etmək cəhdinin mənasızlığını tez dərk edib diplomatiya ilə məşğul olmalıdırlar.

"Onlar bunu dərk etməsələr, onda hər şey əvvəlki vəziyyətinə qayıdacaq. Nüvə Qiyamət saatı gecə yarısına doğru amansız yürüşünü davam etdirəcək. Sonra solğun at görünəcək və onun üstündə adı Ölüm olan atlı mütləq peyda olacaq", - deyə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ