Rusiya Tarix Cəmiyyətinin (RİO) sədri və Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin bildirib ki, Ukrayna qaçılmaz olaraq dövlətçiliyinin dağılması ilə üz-üzədir.
Turkustan.az xəbər verir ki, Narişkin dəyirmi masada bunları deyib: “Sovet İttifaqının dağılmasından sonra yeni Kiyev hakimiyyəti əllərinə düşən şansdan istifadə edib öz dövlətçiliyini sıfırdan qurmağa can atmaq əvəzinə, diqqətini xalqın hesabına şəxsi varlanmağa, neonasizmlə flört etməyə cəmlədilər, sonra isə anqlo-saksonları öz ağaları kimi tanıdılar və Rusiyaya qarşı rüsvayçılıq rolunu öz üzərinə götürdülər Qarşıda dövlətçiliyin süqutu qaçılmazdır”.
Məlumdur ki, Ukrayna Sovet Sosialist Respublikasının ərazisi yalnız sovet dövründə formalaşıb, “bundan əvvəl o, sadəcə olaraq, vahid inzibati qurum kimi mövcud deyildi”-deyə, RİO sədri qeyd edib.
"Mərkəzi Rada və ya Hetman Skoropadskinin diktaturası kimi həmin qısamüddətli kvazidövlət formaları öz dövründə tamamilə fərqli, daha təvazökar sərhədlər daxilində yaradılmışdı. Öz növbəsində, Ukrayna Sovet Sosialist Respublikası bir neçə qonşu dövlətin torpaqlarının "yamaqlı yorğanı" idi, tarixən rus zəmininə bağlanmışdı".
Aytən Yaşar/ Turkustan.az