Moskva Putinlə Trampın danışıqlarının nəticələrini açıqladı: İndi onlar küncdə dayanıb...


ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında telefon danışığından sonra Avropa Ukrayna münaqişəsində mərkəzi rolunu itirib.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Avropa Rusiyanın ucuz enerji resurslarından imtina edib, öz iqtisadiyyatına ziyan vurmaqla və siyasi təsirini ABŞ-ın etdiklərinin güzgü görüntüsü ilə məhdudlaşdırmaqla mərkəzi rolunu itirib. İndi sizin rolunuz küncdə dayanıb izləməkdir", - deyə Polyanski Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın Putinlə Trampın söhbətinə reaksiyasını belə şərh edib.

Kallas Ukraynadakı münaqişənin potensial sülh yolu ilə həllində Avropanın “mərkəzi rolu” olduğunu və bu cür danışıqları Avropa İttifaqının (Aİ) qəbul etmədiyini bildirib./publika.az


MANŞET XƏBƏRLƏRİ