HƏMAS: Atəşkəsin davam etməsi İsrailə bağlıdır


HƏMAS bir daha qeyd edib ki, Qəzza zolağında saxlanılan israilli məhbusların azad edilməsi Təl-Əvivin atəşkəs razılaşmasının şərtlərinə əməl etməsindən asılıdır.

Turkustan.az xəbər verir ki, HƏMAS-ın sözçüsü Hazım Qasım yazılı açıqlamada HƏMAS-ın mövqeyinin aydın olduğunu, ABŞ və İsrailin təhdidlərinə boyun əyməyəcəklərini bildirib.

Qəzzada atəşkəs və əsir dəyişdirmə razılaşmasının həyata keçirilməsi üçün vasitəçi ölkələrlə əlaqəni davam etdirdiklərini bildirən Qasım, "İşğalçı, məhbusların sərbəst buraxılması üçün atəşkəs maddələrinə və humanitar protokola əməl etməlidir"-deyə, bildirib.

Qasim İsrailin atəşkəs və əsir mübadiləsi razılaşmasının bir çox müddəalarını yerinə yetirmək istəmədiyini vurğulayıb.

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə fevralın 10-da bildirib ki, fevralın 15-də baş tutması gözlənilən məhbus mübadiləsi İsrailin atəşkəs razılaşmasındakı öhdəliklərini yerinə yetirmədiyi üçün dayandırılıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ