İsrail ilin ortalarına kimi İrana hücum edəcək.
Turkustan.az xəbər verir ki, bununla bağlı “Vaşinqton Post”( VP) qəzeti iddia irəli sürüb. Qeyd olunub ki, İsrailin mümkün hücumu ilə bağlı xəbərdarlıqlar çoxsaylı kəşfiyyat hesabatlarında da görünür.
Qəzetdə dərc olunan materiala görə, belə bir addım regionda gərginliyi artıracaq və daha geniş münaqişə riski yaradacaq. VP-nin əldə etdiyi kəşfiyyat hesabatları iki mümkün variantı ortaya qoyur.
“İlk variant uzaqdan hücumdur. Yəni İsrail təyyarələri İran hava məkanına ballistik raketlər ata bilər. İkinci və daha riskli variantda isə İsrail təyyarələrinin İran nüvə obyektlərinə BLU-109-larla hücumundan ibarətdir. Hər iki variantda ABŞ-ın kəşfiyyat, müşahidə formasında dəstək verməsi gözlənilir”, – nəşr qeyd edib./Globalinfo.az