Ukraynanın NATO-ya üzvlüyündən imtina ideyası ilə razıyam.
Turkustan.az xəbər verir ki, bu sözləri ABŞ lideri Donald Tramp Milli Kəşfiyyatın yeni direktoru Tulsi Qabbardın andiçmə mərasimi zamanı deyib.
“Mən bununla razıyam”, - Tramp bu yöndə sualı cavablandırarkən bildirib.
O, Ukraynanın alyansa qoşulması perspektivini qeyri-praktik və qeyri-mümkün adlandırıb.
Qeyd edək ki, Trampla Putin arasında telefon danışığı ötən gün baş tutub.
Rusiya lideri Putinin əsas tələblərindən biri Ukraynanın NATO üzvlüyündən imtina edilməsidir. /axar.az/