Ukrayna münaqişəsinin nizamlanması məsələləri Kiyevin iştirakı olmadan həll olunacaq. Avropa İttifaqı da danışıqlar prosesinə dəvət olunmaya bilər.
Turkustan.az Publika.az-a istinadən xəbər verir ki, bu bəyanatla Polşa Seyminin deputatı Pşemıslav Vipler çıxış edib.
"Bunun necə bitəcəyi haqda Polşadan kənarda, Ukraynadan kənarda, bəlkə də Avropadan kənarda qərar veriləcək", - deyə polşalı parlamentari deyib.
Vipler iddia edir ki, Ukrayna böhranını amerikalılar həll edəcək. Onun fikrincə, Ukrayna münaqişə səbəbindən “dağılacaq və yaralanacaq”.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Ukrayna məsələsi üzrə danışıqlar qrup səviyyəsində aparılır. "Rusiya lideri Vladimir Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istərdi, lakin "tanqo üçün cütlük lazımdır", - deyə Ağ Ev rəhbəri demimişdi.