Bəzi NATO rəsmiləri hesab edirlər ki, ABŞ-ın müdafiə naziri Pit Heqsetin Ukraynanın alyansa üzvlüyü ilə bağlı açıqlamaları və Vaşinqtonun siyasətindəki digər dəyişikliklərin əlamətləri Kiyevi təslim olmağa vadar etmək cəhdidir.
Turkustan.az xəbər verir ki, bu barədə "Euractiv" nəşri yazıb.
“Avropalı NATO diplomatlarından biri ABŞ-ın siyasət dəyişikliyini Ukraynanı “preventiv kapitulyasiyaya” məcbur etməyə bənzər bir şey kimi təsvir etdi”, - deyə nəşr bildirib.
Digər mənbələr jurnalistlərə bildiriblər ki, hələ nizamlanma danışıqları başlamamış belə bəyanatlar onları “pis mənada təəccübləndirib”.
Fevralın 12-də Pete Heqset bəyan edib ki, Ukraynanın təhlükəsizliyinə Avropa ölkələri və Aİ-yə daxil olmayan ölkələr təminat verməlidir, ABŞ isə öz qoşunlarını Ukraynaya göndərməyəcək.
O, həmçinin qeyd edib ki, ABŞ Kiyevin NATO-ya daxil olmasını sülh planının bir hissəsi hesab etmir.
Bundan əlavə, Heqset bəyan edib ki, Rusiya-Ukrayna münaqişəsi kritik mərhələyə çatıb. Onun sözlərinə görə, Vaşinqton Ukraynanın 2014-cü il sərhədlərinə qayıtmasını qeyri-real hesab edir.
Bundan əvvəl bildirilib ki, Kiyev Pentaqonun rəhbərinin Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı sözlərindən narazıdır. /bakupost.az/