Slutski: Sülhməramlılar münaqişənin dondurulması üçün pərdəyə çevrilə bilər


"Qərbin sülhməramlı qüvvələrinin hətta NATO-nun himayəsi altında olmasa belə, Ukraynada yerləşdirilməsi münaqişənin dondurulması və Ukrayna Silahlı Qüvvələrinin yenidən silahlandırılması üçün daha bir pərdə ola bilər".

Turkustan.az xəbər verir ki, bu fikri TASS-a Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, LDPR lideri Leonid Slutski ABŞ müdafiə naziri Pit Heqsetin bəyanatlarını şərh edərkən bildirib.
"Pit Heqset Ukraynadakı sülhməramlılardan danışır, onlar NATO-nun himayəsindən kənarda olmalıdır və qətiyyən ABŞ ordusundan olmamalıdır. Lakin belə bir sülhməramlı korpus münaqişənin dondurulması və Ukrayna Silahlı Qüvvələrinin anti-Rusiya körpücüklərindən qisas almaq üçün yenidən silahlanması üçün başqa bir pərdə ola bilər. Çətin ki, biz bununla razılaşaq"

Onun sözlərinə görə, davamlı sülh üçün qarşıdurmanın əsas səbəblərini aradan qaldırmaq lazımdır. Rusiya prezidenti Vladimir Putin bunun üçün bütün şərtləri ötən yay deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ