ABŞ-ın yeni müdafiə naziri Pit Heqsetin ilk dəfə iştirak etdiyi NATO-Ukrayna Təmas Qrupu Brüsseldəki qərargahında toplaşıb.
Turkustan.az xəbər verir ki, NATO Müdafiə Nazirlərinin Toplantısı çərçivəsində Ukrayna Təmas Qrupu formatında Brüsseldəki qərargahda görüş keçirən müttəfiqləri Ukraynanın müdafiə naziri Rüstəm Umerov da müşayiət edir.
Pit Heqset ilk dəfə iştirak etdiyi NATO Müdafiə Nazirləri Toplantısının açılışında çıxış edib. O, bildirib ki, Birləşmiş Ştatlar Ukraynanın NATO-ya üzvlüyünün danışıqlar yolu ilə həllinin real nəticəsi olduğuna inanmır. Bunun əvəzinə, hər hansı təhlükəsizlik zəmanəti bacarıqlı Avropa və qeyri-Avropa qoşunları tərəfindən dəstəklənməlidir. Əgər bu qoşunlar Ukraynaya sülhməramlılar kimi yerləşdirilirsə, onlar NATO-dan kənar missiyanın bir hissəsi kimi 5-ci maddənin əhatə dairəsindən kənarda olmalıdırlar.
"Avropa təhlükəsizliyinin təmin edilməsi NATO-nun Avropa üzvləri üçün öhdəlik olmalıdır. Bunun bir hissəsi olaraq, Avropa Ukraynaya gələcək hərbi yardımın böyük əksəriyyətini təmin etməlidir", -deyə, Heqset bildirib.
Donald Tramp administrasiyasının Ukrayna ilə bağlı mövqeyi ilə bağlı mesajlar verən Heqseth, “Mesajımız aydındır, qan tökülməsi dayanmalı və bu müharibə bitməlidir” deyib.
Aytən Yaşar/ Turkustan.az