Vatikanda hər çərşənbə günü keçirdiyi ümumi qəbul iclasında xəstəliyinin davam etdiyini bildirən Papa, "İndi keşişimizin çıxışımı oxumasına icazə verməliyəm. Çünki bronxit olduğum üçün hələ oxuya bilmirəm. Ümid edirəm ki, növbəti dəfə çıxışımı söyləyə bilərəm" deyib.
Turkustan.az xəbər verir ki, qəbulun yekun hissəsində Roma Papası çıxış edərək dindarları sülh üçün dua etməyə çağırıb.
88 yaşlı Papa Fransisk bronxit səbəbiylə keçən həftədən bəzi səfərlərini ya təxirə salıb, ya da məhdudlaşdırıb. Fevralın 9-u bazar günü keçirilən ayin zamanı Papanın yorğun olduğu və çətinlik çəkdiyi müşahidə edilib.
Papa 2023-cü ildə bir dəfə nəfəs darlığı və bir dəfə qarın divarına protez yerləşdirmək üçün əməliyyat olunaraq iki dəfə xəstəxanada müalicə olunmalı olub.
Aytən Yaşar/ Turkustan.az