"Avropa İttifaqı (Aİ) hazırda Rusiyaya qarşı 16-cı sanksiyalar paketini hazırlayır, baxmayaraq ki, belə bir siyasətin iqtisadi nəticələri acınacaqlıdır".
Turkustan.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.
"Avropa İttifaqı artıq 16-cı sanksiyalar paketini hazırlayır və iqtisadi nəticələr acınacaqlıdır. Uzun onilliklər ərzində mövcudluğu sayəsində ilk növbədə Almaniya, Avropa İttifaqının digər liderləri və bütün qondarma vahid Avropanın iqtisadi artımını təmin edən Rusiya qazının və digər enerji resurslarının dəyəri kəskin artıb"-deyə, nazir bildirib.
Lavrov qeyd edib ki, anti-Rusiya sanksiyaları dünyada heç kimə ticarət və iqtisadi əlaqələrin inkişafına kömək etmir, o cümlədən bu məhdudiyyətləri tətbiq edən ölkələrə zərər vurur.
"Görün, indi ekspertlər Trampın ABŞ-a bu malları tədarük edən bütün ölkələrdən polad və alüminiuma 25 faiz rüsum tətbiq etmək qərarını necə şərh edirlər. Artıq hesablanıb ki, bu, bu tədbirlərə əl atan ölkənin özünün iqtisadiyyatına ciddi mənfi təsir göstərəcək"-deyə, Rusiya XİN rəhbəri nümunə göstərib.
Aytən Yaşar/ Turkustan.az